No Image
No Image

Son sutkada Vətən müharibəsində itkin düşən üç hərbçinin nəşi tapılıb - SİYAHI

Son sutkada Vətən müharibəsində itkin düşən üç hərbçinin nəşi tapılıb - SİYAHI
Son sutka ərzində Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən üç hərbçisinin nəşi tapılıb.

Sfera.az-ın xəbərinə görə, Kəlbəcər rayonunun Seyidlər kənd sakini Eldəniz Verdiyev və Gəncə şəhər sakinləri - Elvin Mustafayevlə Orxan Yusubovun şəhid olduğu məlum olub.

E.Verdiyev Göygöl rayon Şəhidlər xiyabanında, digər iki şəhidimiz isə Gəncə şəhərində dəfn ediləcək.

Qeyd edək ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini Verdiyev Eldəniz Rabil oğlu 1999-cu ilin oktyabr ayının 4-də anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Mustafayev Elvin Fəxrəddin oğlu 1992-ci ilin mart ayının 14-də anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət edib.

Ailəli idi, 3 övladı var.

Yusubov Orxan Allahverdi oğlu isə 1992-ci ilin yanvar ayının 19-da Gəncə şəhərində dünyaya gəlib. Azərbaycan Ordusunun əsgəri olan O.Yusubov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb. O.Yusubov Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.

Xatırladaq ki, Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb. İyunun 2-dək itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Hazırda Vətən müharibəsində 11 hərbi qulluqçu itkin düşmüş sayılır.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yoluxanların bu günə olan statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına  386 yeni yoluxma faktı qeydə alınıb,  149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera....

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti...

Müdafiə Nazirliyi məlumat yaydı - Kəlbəcərdə atışma davam edir

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.  Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətind...

Bu tarixdə karantin sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur. Ştammlar bütün ölkələrə yayılsa, bu, qaçılmazdır.   Sfera.az xəbər verir ki, ...

Vətən Müharibəsi qəhrəmanlarına bu güzəştlər ediləcək - SİYAHI

Nazirlər Kabineti "Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı qəbul etdiyi qərarın izahını verib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfer...

Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq - RƏSMİ

Azərbaycanda Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq. Sfera.az xəbər verir ki, bununla bağlı qərar Nazirlər Kabinetinin təsdiqlədiyi "Şəhid ad...