No Image
No Image

Rəşad Sadıqov: "Futbolçuların reaksiyası məni qürurlandırır"

Rəşad Sadıqov:
"Uşaqları bağrıma basıram. Sonadək əzmkarlıq göstərdilər".

Sfera.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la 1:1 hesablı bərabərə qaldıqları Premyer Liqanın XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bəzi futbolçuların ayaq üstə güclə dayandığını söyləyib: "3-4 gün əvvəl 120 dəqiqə kubok matçı oynamışıq. Bu gün fiziki cəhətdən ciddi problemlərin olacağı bəlli idi. Oyunçular sonadək təslim olmadılar. "Qarabağ" bizdən daha yaxşı oynayırdı. Futbolçularımız başları yuxarı sonadək mübarizə apardılar. Çempionluğa oynayan komandaya məğlub olmadıq. Ağır dönəmdən keçirik. Futbolçuların hadisələrə reaksiyası məni qürurlandırır. 3 oyunumuz qalıb. Sonadək mübarizə aparmağa çalışacağıq".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Qızıl buts” mükafatına namizədlərin SİYAHISI

Avropa ölkələrin çempionatlarında ən çox qol vuran futbolçuya təqdim olunan "Qızıl buts” mükafatına namizədlərin siyahısı açıqlanıb. Sfera.az-ın məlumatın...

Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdirilə bilər

"Formula 1" üzrə Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdirilə bilər. Sfera.az xəbər verir ki, bu barədə "auto-motor-und-sport.de" saytı məlumat...

"Neftçi" və "Qarabağ"ın oyunları eyni saatda

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyun cədvəli məlum olub. Sfera.az-ın məlumatına görə, turun bütün matçları eyni gündə keçiriləcək. ...

Azərbaycan Tokio Olimpiadasına 20-ci lisenziyanı qazandı: Güləşçimiz finalda erməni ilə qarşılaşacaq

Azərbaycan Tokio Olimpiadasına 20-ci lisenziyanı qazanıb.   Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi məlum...

“Komandamız həddindən artıq yorğundur” - Rəşad Sadıqov

"Oyun gərgin keçdi. Qələbə qazanmaq istəyirdik. 3 xalın bizim üçün çox vacib olduğunu bilirdik. Amma alınmadı". Sfera.az xəbər verir ki, bu sözləri "Zirə”...

“Zirə” “Qəbələ” ilə heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulacaq. Sfera.az xəbər verir ki, əvvəlcə "Zirə" evdə "Qəbələ"ni qəbul edib. Qarşılaşma qolsuz başa...