“Youtube”dan milyonçu olan uşaq - 22 milyon dollar qazanıb

“Youtube”dan milyonçu olan uşaq - 22 milyon dollar qazanıb
Bizə müxtəlif maraqlı videolar təklif edən "Youtube” portalı həm də çox adamı varlandırıb. Bu insanların arasında uşaqlar da var.

EkoNews xəbər verir ki, Rayan Kaci "Youtube”-da ən çox pul qazanan uşaq kimi tanınır. Keçən ilin göstəricilərinə görə "Forbes” onu hətta dünyada bu portaldan ən çox gəlir qazanc götürən adam elan etmişdi.

Rayan 2011-ci ilin oktyabrında Los-Ancelesdə doğulub. Yəni hələ 8 yaşı tamam olmayıb. Buna baxmayaraq, portaldakı abunəçilərinin sayı 20 milyon nəfərə yaxınlaşır (19 milyon 656 min). İndiyə qədər videolarına 29 milyard 844 milyon dəfə baxılıb. "Forbes” Kacinin 22 milyon dolları olduğunu iddia edir.

Rayana videoları çəkməkdə valideynləri kömək göstərir. Ortaya böyük yaradıcılıq nümunəsi qoyulmur, sadəcə, yeni oyuncaqların özəlliyi ilə abunəçiləri heyrətləndirməyə çalışırlar. Rayanın "Ryan ToysReview” kanalında az qala hər gün video yerləşdirlir. Dörd ildir fəaliyyət göstərən kanal indiyə qədər 1417 video təqdim edib.(Bizimyol.info)
 

OXŞAR XƏBƏRLƏR

Bu gündən milyonlarla telefonda “Whatsapp” işləməyəcək - DİQQƏT!

31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan "Whatsapp" milyonlarla telefonda çalışmayacaq. Sfera.az xəbər verir ki, bu ba...

Kirayə qaldığınız ev sizin ola bilər - ŞƏRTLƏR AÇIQLANDI

"Kirayə mənzillərlə bağlı müraciətlər bu ayın 2-ci yarısından başlayacaq. Artıq normativ hüquqi baza yaradılıb. Bütün prosedurlar, sənəd nümunələri hazırlanıb. ...

Axundun oğlu sərxoş vəziyyətdə saxlanıldı - ZƏRDABDA

Zərdabda axundun oğlu saxlanılıb. Sfera.az apa-ya istinadən xəbər verir ki, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi "...

Pərvin ona görə işdən qovulan sevgilisini ələ saldı - FOTO

  Tanınmış aktrisa Pərvin Abıyeva sevgilisi olduğu iddia edilən Murad Abdullayevin fikirlərinə reaksiya verib.  Azxeber.com xəbər verir ki, Pərvin s...

Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı - RƏSMİ

Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bi...

Van Damm Azərbaycana təşəkkür etdi - Qəbələdəki heykəlinə görə

  Belçika mənşəli amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə minnətdarlığını bildir...