Yol Polisi avtomobili saxladı - içərisindən çıxanlar hər kəsi heyrətləndirdi

Yol Polisi avtomobili saxladı - içərisindən çıxanlar hər kəsi heyrətləndirdi
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, növbəti belə tədbir daxil olmuş məlumat əsasında iyunun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri ərazisində keçirilib.

Daxil olmuş məlumat əsasında rayon sakini R.Məmmədovun idarə etdiyi "VAZ-21074” markalı avtomobil şəhər ərazisində yol polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, çəkisi 180 kiloqram olan ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır. 

OXŞAR XƏBƏRLƏR

“Qızdırması düşmüşdü, sonra gördük ki…” – Koronavirusdan ölən baş redaktorun xanımı

  Ötən gün koronavirusdan dünyasını dəyişən AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayev bu gü...

Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcək - AÇIQLAMA

  Həftəsonları hansı taksilərin fəaliyyət göstərəcəyi məlum olub. Sfera.az xəbər verir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsinin ictimaiy...

SON DƏQİQƏ! DİN VACİB məlumat yaydı - TƏCİLİ

  Daxili İşlər Nazirliyi Saatlı rayonunda bir qrup sakinin su probleminə görə yolu kəsməsi və aksiya keçirməsi ilə bağlı açıqlama verib. Sfera.az &n...

DTX XİN-in bu əməkdaşlarını saxladı - ADLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) həyata keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan şəxslərdən ikisinin adı məlu...

DTX XİN-dəki həbslərlə bağlı məlumat yaydı - RƏSMİ

DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir. Sfera.az DTX-nin saytına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz sə...

AzTV-dən koronavirusdan ölən baş redaktorla bağlı - AÇIQLAMA

  "Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) də əməkdaşı, Əməkdar incəsənət xadimi Etibar Babayevin ölümü ilə bağlı məl...