Dünya

Yeni savaş ocağı - ABŞ hərbi əməliyyata başlaya bilər

Yeni savaş ocağı - ABŞ hərbi əməliyyata başlaya bilər
"Mən insanlara kömək etmək istəyirəm, onlar ölürlər"

ABŞ Venesuela ərazisində hərbi əməliyyatlar keçirmək istəməz. Bunu prezident Donald Tramp "Fox News"a müsahibəsində deyib. 

"Hər zaman dönüş anı ehtimalı var. Bunu etmək istəməzdim. Mən sadəcə insanlara kömək etmək istəyirəm. Onlar ölürlər, heç nələri yoxdur". 

Ağ ev rəhbəri deyib ki, ABŞ-ın bu ölkədə böhranın həlli ilə bağlı bir çox variantı var. O cümlədən çox sərtləri. 

Xatırladaq ki, daha öncə "The Washington Post" qəzeti ABŞ liderinin Venesuelada hərbi müdaxiləyə çox can atmadığını yazmışdı. Onu buna vadar edən isə müşaviri Con Boltondur. 

ABŞ dövlət kabiti Maykl Pompeo bildirib ki, əgər ehtiyac yaranarsa Amerika Venesuelada hərbi əməliyyata başlaya bilər. 

Venesuelanın paytaxtı Karakasda son günlərdə hökumət elyhinə aksiyalar başlayıb. 

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930