Cəmİyyət

Yeni metro qatarında problem: yeni qatar sıradan çıxdı

Yeni metro qatarında problem: yeni qatar sıradan çıxdı

Metronun "İnşaatçılar” stansiyasında yeni qatar sıradan çıxdı.

Bakı metrosunda qatarda problem yaranıb, sərnişinlər boşaldılıb.

Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu gün səhər saatlarında "Dərnəgül” – "Həzi Aslanov” İstiqamətində hərəkətdə olan qatarda texniki problem yaşanıb:

"Hadisə ötən yay gətirilən yeni qatarlardan birində baş verib. İnşaatçılar stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Təhlükəsizlik məqsədilə sərnişinlər boşaldılıb. Məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb. Qatardakı problem aradan qaldırılıb və qatar yoluna davam edib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5-7 dəqiqə fasilə yaranıb”.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031