Maraqlı

Xoşqədəm: "Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər"

Xoşqədəm:
 
"Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər, amma qanun var!"

Sfera.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. 
 
O, 13 illik ailəsini müğənninin dağıtdığını iddia edən Turanə Nəcəfovanın eks həyat yoldaşı Elçin Oruc oğlu Nəcəfovdan danışarkən belə deyib.

Belə ki, Elçin Nəcəfov fevral ayında imzalanan müqaviləyə əsasən 3 ay ərzində evi keçmiş həyat yoldaşı Turanə Nəcəfovaya verməli idi. Lakin verilən müddət başa çatsa da, o, müqavilənin şərtlərinə əməl etməyib. Aparıcı məsələnin hələ də öz həllini tapmamasında məhkəmə icraçılarını günahlandırıb. O, Elçinin hüquq-mühafizə orqanlarını pul ilə satın aldığını istisna etməyib:

"Mənə minlərlə məhkəmə icraçılarından şikayət gəlir. Bu faktdır. İcraçı əgər işini bilmirsə, onu aldadırlar. Eiçin məni niyə aldada bilmədi? 3 aydır özümü öldürürəm ki, qardaş evin açarını versin. Əgər 6-cı gün icraçılar açarı mənə təhvil verməsəydi, Nərimanov rayon Məhkəməsinin icraçıları ilə bağlı B planımız vardı. Hər şeyi açıb tökəcəkdik.

Olmaz! İcraçıya qanun, səlahiyyət verilib. Bu ev 3 ay ərzində təmir olunub təhvil verilməli idi. Bu nədir? (efirdə Elçinin təmir edərək Turanəyə verəcəyi mənzilin təmirsiz və bərbad görüntüləri nümayiş edilir). Deməli siz işinizi bilmirsən?  Elçin ona-buna pul xərcləyir, amma məhkəmənin qərarına əməl etmir. 

Qanun Elçinin pulounun qarşısında acizdirsə, mən susuram. Yox, əgər qanun şahdırsa, bu gün qanun Turanənin tərəfindədir. Körpə uşağı ilə məhkəmələriŞ polisləri gəzən bir ananın tərəfindədir. Artıq yetər!"

Məlumata görə, iş adamı Elçin Nəcəfov avtomobil satışı ilə məşğuldur. E. Nəcəfov "Auto Gallery” avtomobil salonun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibdir. Onun biri Novxanı qəsəbəsində olmaqla 3 villasının olduğu bildirilir.

Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram” verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtmaqda ittiham etmişdi.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930