Velosipedçilərimiz Belçikada birinci oldu - FOTOLAR

Velosipedçilərimiz Belçikada birinci oldu - FOTOLAR
 

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək oğlan və qızlardan ibarət U-17 yığma komandalarımızın üzvləri Belçikada hazırlıq prosesini davam etdirirlər. Təlim-məşq prosesi çərçivəsində velosipedçilərimiz bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də mübarizə aparırlar.

Azərbaycan Velosiped İdmanı FederasiyasındanTeleqraf.com-a verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komandamız Bertem şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belçikanın "Cannibal” komandasının heyətində yarışan velosipedçilərimiz 40 kilometr məsafəyə qrup ötüşməsi zamanı əla komanda işi sərgiləyərək Nikita Sıtovun finiş xəttini birinci keçməsinə şərait yaradıblar və təmsilçimiz fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, "Bakı 2019” zamanı iyulun 23-də fərdi, iki gün sonra isə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşəcək.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı kikboksçunun oğlu dünya çempionatında medal qazanıb - FOTO

Bakıda qrapplinq idman növü üzrə yeniyetmələr, gənclər və veteranlar arasında dünya çempionatı keçirilib. Sfera.az-ın xəbərinə görə, Azərbaycan meydan sahibi o...

Azərbaycanın daha bir güləşçisi məğlubiyyətini etirazla qarşılayıb - FOTO

Azərbaycan güləşçilərinin Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatındakı narazılıqları davam edir. Sfera.az-ın APA-ya istinadən  məlum...

Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında qalmaqal olub - FOTO

  Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi xoşagəlməz hadisə ilə üzləşib. APA-nın məlumatına görə...

Rəqiblərini “ağladan” güləşçilərimiz - FOTOLAR

Bakıda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı çərçivəsində güləş yarışı davam edir. Oxu.Azxəbər verir ki, Azərbaycan güləşçiləri yarışda uğurlu ...

Tennisçilərimiz Çexiyada iki gümüş medal qazandılar

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında keçirilən Avropa çempionatı başa çatıb. Azerbaycan Stolüstü Tennis Federasiyasından "Qafqazin...

II Avropa Oyunlarının açılış mərasimi - FOTOLAR

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Oxu.Az-ın Minskə ezam olunmuş müxbiri xəbər verir ki, əvvəlcə açılış mərasimi...