Dünya

Türkiyədə bu məşhurlar millət vəkili seçildilər

Türkiyədə bu məşhurlar millət vəkili seçildilər
24 iyunda Türkiyədə keçirilən parlament və prezident seçkilərində bəzi məşhur simalar da millət vəkilliyinə namizəd göstərilmişdi.

Sfera.az ölkə mətbuatına istinadən xəbər verir ki, seçkidə namizəd olan məşhur şəxslərin bir çoxu parlamentə daxil olmağı bacarıb.

Motosiklet yarışları üzrə keçmiş idmançı Kənan Sofuğolu AKP-dən Sakarya vilayəti millət vəkili seçilib.

Aktyor Barış Atay Hataydan HDP-nin millət vəkili seçilərək parlamentə daxil olub.

AKP-dən namizəd göstərilən sabiq futbolçu Alpay Özalan İzmirdən millət vəkili seçilib. 

Keçən seçkidə MHP millət vəkili kimi parlamentə daxil olmağı bacaran sabiq milli futbolçu Saffet Sancaklı Kocaelidən yenidən millət vəkili seçilib.

Türkiyənin ən gənc millət vəkili isə İstanbulda AKP-dən namizəd göstərilən 22 yaşlı Rümeysa Kadak olub.
 
Rəsul
Sfera.az
AdRiver

XƏBƏR LENTİ