AKTUAL

Türkiyə XİN: “İslandiyaya cavab veriləcək”

Türkiyə XİN: “İslandiyaya cavab veriləcək”

 


"Futbol üzrə Türkiyə milli komandasının İslandiyanın Reykyavik şəhərindəki hava limanında məruz qaldığı davranış qəbuledilməzdir”.

 

"Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter” səhifəsində yazıb.

 

"Milli komandamızın İslandiyanın hava limanında məruz qaldığı davranış diplomatik qaydalar və insanlıq baxımından qəbuledilməzdir. Millətimizin lazım olan addımları atacağımıza şübhəsi olmasın”, - XİN başçısı bildirib.

 

Futbol üzrə Türkiyə milli komandası iyunun 11-də "H” qrupunda 2020-ci il üzrə Avropa çempionatının seçmə mərhələsində İslandıya yığması ilə qarşılaşacaq. İyunun 9-da Türkiyə millisi Reykavik hava limanında pasport yoxlaması zamanı 2 saat qanunsuz olaraq gözlədilib.

 

Qeyd edək ki, İslandiyanın Türkiyədə səfirliyi fəaliyyət göstərmir. Bu ölkənin maraqlarını Finlandiyanın Ankaradakı səfirliyi, Türkiyənin İslandiyadakı maraqlarını isə Oslodakı səfirliyi müdafiə edir. Türkiyənin Xarici İşlər Nazirliyiuyğun etiraz notasını Finlandiyanın Ankaradakı səfirliyinə təqdim edib. Türkiyənin Oslodakı səfiri Fazlı Çormanölkəsinin narahatlığını və atılacaq addımı çatdırmaq üçün İslandiyaya gedib.


XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031