Sİyasət

Türkiyə F-35-lə yola davam edəcək, yoxsa S-400-ləri alacaq? – POLİTOLOQDAN AÇIQLAMA

Türkiyə F-35-lə yola davam edəcək, yoxsa S-400-ləri alacaq? – POLİTOLOQDAN AÇIQLAMA


"Geosiyasi maraqlarda ABŞ-la anlaşıb-anlaşa bilməməsi Türkiyənin sonda F-35, yaxud S-400-lərdən hansını alacağı ilə bağlı yekun qərar verməsinə əhəmiyyətli təsir göstərəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri Türkiyənin ABŞ-ın təklif etdiyi F-35 qırıcı təyyarələri, yaxud Rusiyadan alacağı S-400 zenit raketlərindən sonda hansına üstünlük verəcəyilə bağlı məsələyə aydınlıq gətirərkən politoloq Taleh Əliyev deyib:

 

"Əslində Türkiyənin seçimi nə F-35, nə də S-400-lər olacaq. Türkiyənin seçimi ölkəsinin regiondakı geosiyasi maraqlarına cavab verən münasibətlər fonunda olacaq. Hazırda Ankara Vaşinqtonla öz maraqlarını uzlaşdırmağa çalışır. Bu maraqlar uzlaşarsa, Ankara güman ki, F-35-lə yola davam edəcək. Maraqlar uzlaşmasa isə, bu gün zatən Türkiyə Rusiyanın yanına itələnmiş vəziyyətdədir. İstər Türkiyə ilə bağlı NATO tərəfindən verilən bəyanatlar, istərsə də Tramp hakimiyyəti qardaş ölkənin regional maraqlarına cavab verməyən addımları ilə Ankaranı zorən Rusiya ilə müttəfiqliyə sürükləyiblər. Bu halda yəqin ki, S-400-lər seçim variantı olaraq qalacaq. Amma bütün hallarda Türkiyənin yanaşmasını bu iki hərbi arsenaldan sonda hansını seçəcəyi təşkil etməyəcək. Geosiyasi maraqlarda ABŞ-la anlaşıb-anlaşa bilməməsi Türkiyənin sonda bu silahlardan hansını alacağı ilə bağlı qərar verməsinə əhəmiyyətli dərəcədə təsir edəcək. Qərb Türkinənin ənənəvi kursda qalmasında israrlıdır. Ərdoğan hökuməti isə əvəzi ödənilmədən, Türkiyə maraqları nəzərə alınmadan ənənəvi mövqeyin saxlanılmasını o qədər də doğru hesab etmədiyindən manevr edir”.


Bütün hallarda politoloqa görə, ən real ehtimal olunan variant Ankaranın ənənəvi müttəfiqlərilə anlaşma əldə etməsi olacaq: "Ehtimal ki, Türkiyə sonda bu məsələdə ənənəvi müttəfiqlərilə anlaşma əldə edəcək. Çünki bu baş verməsə Türkiyədə ciddi kataklizmlər yaşana bilər. Mövcud hakimiyyət də bunun fərqindədir”.


Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 raketlərini almaq niyyəti onun ABŞ-la münasibətlərinə mənfi təsir göstərib. ABŞ Türkiyə S-400-ləri alağacı təqdirdə, ona F-35 qırıcı təyyarələrini verməyəcəyini bəyan edib. Belədə, Ankara indi seçim qarşısındadır.

 

 

Elçin

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930