Texnologİya

"Telegram" və "WhatsApp" istifadəçiləri, ehtiyatlı olun: yeni casus proqramı peyda olub

Kibertəhlükəsizlik şirkətləri "FinSpy" casus proqramının yeni versiyasını aşkar edib.

Sfera.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, ziyanverici proqram istifadəçinin mobil cihazda demək olar ki, bütün hərəkətlərini izləyir.

Bildirilir ki, "FinSpy" hətta təhlükəsiz sayılan mesajlaşma proqramları ilə göndərilən məxfi ismarıcları belə oxuya bilir.

"Bu proqram artıq "Telegram", "WhatsApp", "Signal" və "Threema" kimi şifrələmədən istifadə edən mesajlaşma proqramlarından məlumat toplaya bilir" - şirkət deyib.

Ekspertlər qeyd edir ki, cinayətkar "FinSpy" proqramını qurbanın cihazına giriş əldə etməklə yükləyə bilər. Bundan başqa, ziyanverici proqram SMS mesaj, elektron məktub və ya "push" bildirişlərlə göndərilir.


 
"FinSpy" smartfon və ya planşetlərdən müxtəlif məlumatları oğurlayır: bura cihazın kitabçasında olan nömrələr, elektron məktublar, mesajlar, təqvim qeydləri, "GPS" məlumatları, şəkillər, cihazın yaddaşında saxlanılmış fayllar və mesajlaşma proqramları ilə göndərilən ismarıclar daxildir.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930