Təhsİl

Təhsil müəssisələri üçün rüsumlar müəyyən edildi

Təhsil müəssisələri üçün rüsumlar müəyyən edildi

Milli Məclis "Dövlət rüsumu haqqında” və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, qanun layihələrinə edilən dəyişikliklə özəl təhsil müəssisələrinin akkreditasiyası üçün rüsum müəyyən edilib.

Təklif olunan layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri, əlavə təhsil müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manat məbləğində müəyyən edilib.

Dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.


XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930