No Image
No Image

“Sülhməramlılar Qarabağda heç 5 il də qalmayacaq” – Politoloq

“Sülhməramlılar Qarabağda heç 5 il də qalmayacaq” – Politoloq
"Rusiya hərbçiləri 5 ildən sonra Dağlıq Qarabağı tərk etmək niyyətində deyillər. Nədənsə insanların 95% -i 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk edəcəyinə əmindir. Ancaq belə bir şey yoxdur. Rus hərbçilərin qalma müddətini uzatma ehtimalının göstərilməsi boş yerə deyildi. Getməyəcəklər”.

Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün keçirilən mətbuat konfransında deyib.
 
Politoloq Qabil Hüseynli isə Sfera.az-a açıqlamasında deyib ki, Ter-Petrosyanun sözügedən fikirləri yenilik deyil: "İlk vaxtdan Rusiyanın nəinki 5 illik, hətta daha uzun müddətə gəldiyini düşünürdük. Amma bu, onların istəklərindən asılı olmayacaq. Bölgədə hadisələrin inkişafı, reallıqların dəyişməsi və.s kimi amillər Rusiya sülhməramlılarının bölgədə qalması ilə sıx əlaqədardır.
 
Hesab edirəm ki, sülhməramlılar Qarabağda heç 5 il də qalmayacaq. Bölgədə artıq supergüc Türkiyə var, onun yanında qüvvətlənmiş Azərbaycan durur. Habelə lazım gələrsə, bu işə Pakistanın da qatılmasını əlavə etsək, böyük güc yaranır. Bu güclər - elə Amerikanın özü də istək şəklində beynəlxalq təşkilatlarda Rusiyanın bu regionda qalmasına etiraz edəcək. Beynəlxalq şərtlər də Rusiyanın xeyrinə deyil”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan sülhməramlı qüvvələrin bölgədən çıxarılmasını və suveren torpaqlarına özünün nəzarət etməsini istəyəcək:

"Bu gün ölkə əhalisi durmadan Laçın dəhlizinin Azərbaycan ordusunun nəzarəti altına keçməsini tələb edir. Xalq yaxşı başa düşür ki, əgər bu olmasa, onda aparılmış müharibənin əhəmiyyəti müəyyən qədər aşağı düşmüş olacaq. Bir sözlə, Rusiyanın könlündən keçə bilər, amma həmin şeylər həmçinin Azərbaycanın, Türkiyənin, eləcə də onların yaxın dostlarının da meylindən keçir. Bölgədə proseslər sürətlə dəyişməkdə davam edəcək”.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyə Prezidentinə “Zəfər” adlı Qarabağ atı hədiyyə edildi

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezide...

Əliyevlə Ərdoğanın Şuşadan dünyaya verəcəkləri mesaj – Nələr gözlənilir?

"İlham Əliyevin Ərdoğanı Bakıda yox, Qarabağda rəsmi mərasimlə qarşılamasının iki şifrəsi var. Birincisi, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər ed...

Ərdoğanın Şuşaya səfər proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub. Sfera.az TRT-yə istinadən xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan...

Azərbaycan Ermənistandan mina xəritələrini almağa davam edəcək: Növbədə hansı rayondur? – AÇIQLAMA

Ötən həftə işğaldan azad olunan Ağdam rayonunun minalanmış ərzailərinin xəritələri 15 erməni əsirin müqabilində Azərbaycan tərəfinə verildi. Qarşıdakı zama...

Ərdoğan Şuşada Azərbaycan xalqına hansı sürprizi edəcək? – "Bəlkə elə bunu nəzərdə tutur..."

"Türkiyə ilə ABŞ arasında istənilən məsələlərdə razılıq əldə olunması birmənalı olaraq Azərbaycanın və Azərbaycan-Türkiyə dostluğunun mənafeyinə xidmət edir”....

ABŞ bölgədə Rusiyanı qabaqlayır – “Günahkar isə Moskvanın özüdür...”

"Bölgə ilə bağlı humanitar məsələlərin həllində ABŞ Rusiyanı üstələməyə başlayıb”.   Bu sözləri Sfera.az-a açıqlamasında iyunun 12-də Bakı ilə İrəv...