Maraqlı

Spirtli içki içən şəxs oruc tuta bilər?

Spirtli içki içən şəxs oruc tuta bilər?
"Ramazanda iftardan sonra spirtli içki içmək orucluq savabını aradan qaldırmasa da, ayrıca günahdır”.

İlin 11 ayı spirtli içki içən şəxslərin bəziləri Ramazan ayında nədənsə ondan uzaqlaşır. Lakin onların əksinə, oruc tutmasına baxmayaraq, iftardan sonra spirtli içki qəbul edən şəxslər də var.

Sfera.az məlumatına görə, ilahiyyatçı Samir Əzizov Redaktor.az-a açıqlamasında bildirib ki, Ramazan ayında spirtli içki qəbulu bəndəyə əlavə günah qazandırır:

"Ramazan ayı ərzində spirtli içki qəbul edənlərlə yanaşı, baş verən cinayətlərin sayı azalır. Bu statistik göstərici orucluq ab-havasının müsbət təsirindən irəli gəlir. İnsan Ramazan ayı ərzində spirtli içkidən uzaq dura bilirsə, deməli, alkoqollu içkilərdən tamamilə uzaqlaşa bilər. Ramazan ayının özəl bir həssaslığı var.

Hansı ki, Allah bu ayda bəndələrdən daha çox ibadət edib, savab qazanmasını istəyir. Bir insan iftardan sonra spirtli içkiyə qayıdırsa, orucluqdakı məqsədin hasil olmadığını göstərir. Bütün hallarda həmin insanların orucluqdan tamamən uzaqlaşmaması üçün haram olduğunu bildirilmir. Çünki elə insanlar var ki, orucluqdan sonra spirtli içkidən həmişəlik uzaqlaşırlar”.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031