İqtİsadİyyat

Soğan niyə ucuzlaşdı?

Soğan niyə ucuzlaşdı?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov soğanın qiymətinin ucuzlaşmasının səbəbini yazıb.

"Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, havaların isti keçməsi Bərdədə sahələrdən soğanın yığımına mənfi təsir göstərmişdi: "Fermerlərin dili ilə desək, kəskin istilər həm soğanı "bişirir”, həm də yığım üçün sərf olunan iş saatını azaldır. Hər iki amil qısa müddət də olsa, qiymətlərə təsirini göstərmişdi. Amma qısa müddətə. Artıq ölkənin əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanıb. Hazırda Ağdamda sahədə soğanın bir kisəsi (33-34 kiloqram) 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manatadək enəcəyini proqnozlaşdırırlar. Qiymətlərin bu səviyyədən də aşağı enəcəyi istisna olunmur. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə ucuzlaşdırır”.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031