No Image
No Image

Şabranda yas mərasimi dayandırıldı

Şabranda yas mərasimi dayandırıldı
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qazbabalı kəndində xüsusi karantin rejimini pozulması ilə müşayət olunan yas mərasiminin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, mayın 4-də həmin kənd ərazisində fərdi yaşayış evində ev sahibi atasının 40-ı ilə əlaqədar yas mərasimi keçirməyə cəhd edib. Daxil olmuş məlumat əsasında polis əməkdaşları kəndə gedərək mərasimin keçirilməsinə imkan verməyiblər. Sözügedən ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu da müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, karantin qaydaları barədə ətraflı məlumat verilib.

Mərasimi təşkil edən 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İtkin hərbçilərin axtarışı zamanı tapılan minalarla bağlı hərəkətə keçildi

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kəlbəcər rayonunun ucqar dağlarında Vətən Müharibəsi zamanı itkin düşən hərbçilərin axtarışı za...

Bakıda 7 avtomobil qəzaya uğradı: xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib. Sfera.az APA-ya istinadən xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada 7 avtomobilə cidd...

Bakıda 76 yaşlı kişi intihar etdi

Bakıda intihar hadisəsi olub. Sfera.az-ın "Report”a istinadən xəbərinə görə, hadisə Pirallahı rayonunda baş verib. Belə ki, 1945-ci il təvəllüdlü Hə...

Bakıda dəhşət: Zibilxanada insan ayağı tapıldı

Bakıda zibillərin arasından insan ayağı aşkarlanıb. Sfera.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə Balaxanı Bərk Məişət Tullantılarını...

Güclü küləyin fəsadları: Bakı-Qazax yolu bağlandı - FOTO

Güclü külək Bakı-Qazax magistralının 16-cı kilometrliyində Gəncə Traktor Zavoduna məxsus şirkətin dam örtüyünü qopararaq yola atıb. Sfera.az APA-ya istina...

Bakıda yaşayış binasında yanğın: xəsarət alanlar var

Bakıda yanğın hadisəsi olub. Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nəsimi rayonunda dördmərtəbəli yaşayış bin...