İdman

Ruslar Ronaldonu futbol fanatlarından qorumaq üçün bunu etdilər

Ruslar Ronaldonu futbol fanatlarından qorumaq üçün bunu etdilər
Portuqaliya milli komandasının qaldığı Rusiyanın Saransk şəhərinin "Merkuri” otelinin ətrafına ikiqat hasar çəkiblər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şəhər icra hakimiyyəti otel yaxınlığındakı piyada zonasını qapadaraq ikinci hasarı çəkiblər. Bu addım portuqaliyalı futbolçuları çoxsaylı azarkeşlərdən qorumaq məqsədilə atılıb.

Xəbər verdiyimiz kimi keçən gecə otelin qarşısında xeyli sayda azarkeş yığılmışdı. Səs-küy üzündən Portuqaliyanın hücumçusu Kriştianu Ronaldo pəncərəyə çıxaraq otel qarşısında yığışanları dağılışmağa və ona yatmağa imkan verməyə çağırmışdı. Hücumçu İran matçı öncəsi yatmalı olduğunu jestlərlə göstərmişdi.
 
Rəsul
Sfera.az

XƏBƏR LENTİ