Dünya

Rəsmi Kabil “Taliban”la atəşkəsə hazırdır

Rəsmi Kabil “Taliban”la atəşkəsə hazırdır
 

Mayın 3-də Əfqanıstanda xalq nümayəndələrinin ümummilli məclisinin üçüncü günü keçirilib. Görüşün əsas məqsədi hökumətlə "Taliban” hərəkatı arasında birbaşa danışıqlar üçün platformanın hazırlanması olub.

 

"Tolo News” telekanalı xəbər verir ki, məclisin bağlanış mərasimində çıxış edən Əfqanıstan Prezidenti Əşrəf Qani "Taliban” hərəkatının müvafiq addımlar atacağı təqdirdə hökumətin atəşkəsə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Əfqanıstan hökuməti məclisin qətnaməsində göstərilən bütün tövsiyələri icra etməyə hazırıdır.

 

Mayın 3-də xalq nümayəndələrinin ümummilli məclisi Əfqanıstan əhalisinin ölkədə sülh tərəfdarı olduğunu əks etdirən qətnamə qəbul edib. Nümayəndələr hökuməti və talibləri ramazan ayının birinci günündən başlayaraq yubanmadan atəşkəsə çağırıb.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930