Qocalmanın qarşısını alan 3 ÜSUL - Alimlərdən MÖHTƏŞƏM ARAŞDIRMA

Qocalmanın qarşısını alan 3 ÜSUL - Alimlərdən MÖHTƏŞƏM ARAŞDIRMA
Alimlərin apardığı araşdırmalar bir daha sübut edir ki, beynin qocalması bütün orqanizmin qocalma prosesinin başlamasına birbaşa təsir edir: neyronların fəallığının azalması zaman keçdikcə hormonal prosesləri ləngidir, onlar isə öz növbəsində maddələr mübadiləsinə və hüceyrələrin yenilənməsi sürətinə təsir edir. Odur ki, beyin hüceyrələrinin "parçalanması"nı yavaşladan və ya tamamilə dayandıran mexanizm insanlığa əbədi gənclik bəxş edən "müqəddəs kasa" olacaq.

Tədqiqatçılar onun axtarışı üzərində çalışmağa davam etsin, biz isə bu müddətdə beyin qocalmasını sürətləndirən faktorları aradan qaldırmağı və ya minimuma endirməyi təklif edirik.

Milli.Az beynin qocalmasını sürətləndirən 3 səbəblə tanış edir.

Zərərli vərdişlər

Həddən artıq duz, alkoqol, siqaret və sair zərərli qidalanma vərdişləri həqiqətən də qocalığı yaxınlaşdırır və bu, şişirdilmiş fakt deyil. Bütün bunlar damarlara mənfi təsir edir, bu isə beyində qan dövranını zəiflədir. Amma neyronlara və sinapslara ən güclü zərbəni marixuana vurur.

Con Hopkins Universitetinin amerikalı alimləri və Kaliforniya Universitetinin professorları 9 yaşdan 105 yaşa qədər olan 30 min nəfərin üzərində apardığı tədqiqatın nəticələrini "Journal of Alzheimer" jurnalında dərc edib. Araşdırmanın nəticələrinə əsasən, yaşlanmağın əsas amilləri müəyyən edilib.

Məlum olub ki, mariuxana beyinə demək olar ki, şizofreniya kimi dağıdıcı təsir göstərir. Odur ki, marixuana sağlam beyinin və güclü bir yaddaşın əsas düşmənləri siyahısında ikinci yer tutur.

Stress

Nənələr və analar həmişə təkrar edir ki, bütün xəstəliklərin səbəbi əsəb və stressdir. Müasir elm adamları və psixoloqlar bu fərziyyəni təsdiqləyir. Məlum olub ki, stress hormonu kortizol beynin həcmini azaldır və yaşlanmasını sürətləndirir. Yüksək səviyyəli kortizol limbik sistemə, xüsusilə məlumatların yadda saxlanması və unudulmasına görə məsuliyyət daşıyan hipokampusa zərər verir. Hipokampusun zədələnməsi beynin kortizolun təsirlərinə qarşı təsirini zəiflədir və zamanla beynin digər hissələri də stressdən əziyyət çəkir. Beləliklə, "baş kompüter"in yaşlanması sürətlənir.

Tənbəllik

Biz sizi həftə sonlarında divana uzanıb televiziya şoularına baxmaqdan yayındırmırıq. Ancaq bu cür vaxt itkisi təkcə köklüyə deyil, həm də erkən qırışların yaranmasına yol açır. Faktiki olaraq, fiziki və intellektualın stressin olmaması, beynin, dolayısı ilə bütün bədənin yaşlanma prosesini sürətləndirir. Bunun qarşısını almaq üçün faydalı məşğuliyyətlər və ya xarici dil kursuna yazılın. Daha dəqiq desək, yeni bacarıqların əldə edilməsi prosesi beynin neyron əlaqələrini gücləndirir, idman isə qan dövranını yaxşılaşdıraraq beyni müsbət hormonlarla təmin edir. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…

"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün ...

Xərçəngin düşməni - Qocalmağı gecikdirən meyvələr

 Gündəlik meyvə istifadəsi sağlamlığımız üzün əvəzsizdir. Mütəxəssislər kişilərə gündə 3, qadınlara isə 2 porsiya meyvə yeməyi məsləhət görürlər. Sfe...

Ürək xəstəliklərinin DƏRMANI: Gündə bir stəkan...

 Orqanizm üçün faydalı meyvələrdən biri də greypfrutdur. Sfera.az xəbər verir ki, araşdırma nəticəsində gündə bir stəkan greypfrut suyunun ürək xəstə...

Xərçəng əleyhinə təsir göstərən TƏRƏVƏZ: Özü kimi yarpaqları da...

 Yarpaqları da özü kimi faydalı olan tərəvəzlərdən biri də turpdur. Sfera.az xəbər verir ki, turp və yarpaqları C vitamini ilə zəngindir. Qocalma ilə...

"Əgər koronavirusun peyvəndi və vaksini yoxdursa, insanlar necə sağalır?"- AÇIQLAMA

  Xəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun peyvəndin...

Orqanizmi koronavirusun ağır fəsadlarından qoruyan MADDƏ. Bu məhsullarda var!

Selen insan sağlamlığı üçün ən vacib olan antioksidant minerallardan biridir. Selen iorqanizmdə iltihabların azalmasına kömək edir, immun hüceyrələrinin istehs...