İqtİsadİyyat

Qızların təhsil ala bilməməsi ucbatından dünya hər il trilyonlarla dollar itirir - Dünya Bankı AÇIQLADI

Qızların təhsil ala bilməməsi ucbatından dünya hər il trilyonlarla dollar itirir - Dünya Bankı AÇIQLADI
Bütün dünya üzrə 130 milyondan çox qız uşağı təhsildən məhrum qalır, bunun üzündən isə dövlətlər on trilyonlarla dollar pul itirir.

Sfera.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında deyilir. Təhsilsizlik qızların sağlamlığına da təsir edir. Ümumilikdə, dünya üzrə qızların 89%-i ibtidai məktəbi bitirir, 77%-i isə orta məktəbi. Lakin az gəlirli ölkələrdə bu rəqəm ümumi göstəricinin 2/3, 1/3-i təşkil edir.

Qızlara tam orta təhsil almağa mane olan baryerlər üzündən ölkələrin istehsal gücü, gəlirləri isə 15-30 trilyon dollar arası azalır. Bütün dünya üzrə 6-17 yaş arası 132 milyon qız uşağı orta təhsil ala bilmir.

Orta məktəbi bitirən qadınlar təhsilsiz qadınlardan orta hesabla iki dəfə çox qazanır. Əgər qızlar üçün bütün dünya üzrə tam orta təhsil imkanı olsa, 18 yaşınadək bağlanan nikahların sayı ciddi şəkildə azalar. Yetkinlik yaşına çatmayan qızların doğuşlarının sayı da azalar. Digər tərəfdən bu dünya əhalisinin artmasının qarşısını alar.

Tam orta təhsil qadınlara öz sağlamlıqları və psixoloji vəziyyətləri haqda tam məlumat almağa kömək edə, beş yaşadək uşaqlar arasında ölüm hallarını azalda bilər.

"Təhsildə bərabərsizlik dünyanın həll edə biləcəyi və trilyonlarla dollara başa gələn problemdir. Təhsildə gender bərabərsizliyini bitirmək, qızlara, oğlanlara həyatda uğur qazanmaq üçün haqlarını vermək lazımdır. Bu hamının xeyrinə olacaq” – Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva belə deyib.
 
Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ