Sİyasət

Prezident Şarl Mişeli təbrik etdi

Prezident Şarl Mişeli təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə məktub ünvanlayıb.

Sfera.az xəbər verir ki, məktubda deyilir:

"Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031