Cəmİyyət

"Normal adam olsaydın, Əliyevin məzarında diz çöküb üzr istəyərdin" - VİDEO

Azərbaycanın keçmiş Təhsil naziri Misir Mərdanov yenicə həbsdən çıxan sabiq Səhiyyə naziri Əli İnsanova qarşı bəyanat verib.

Sfera.az-ın verdiyi xəbərə görə, M.Mərdanov bildirib ki, Ə.İnsanov siyasətə qayıtsa da, heç nə edə bilməyəcək:

"Əli İnsanov, vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla indi necə bir yerdə məsləhətləşib, iş aparacaqsan? Onda camaatın nifrətinin qarşısında dayana biləcəksənmi, Əli İnsanov? Hələ ki, gec deyil, bu yaramaz əməllərdən çəkinmək lazımdır. 73 yaşında olan bir insan nəvələri, nəticələri ilə məşğul olsun. Sən təzədən aktiv siyasətə qoşula bilməzsən. Qoşulsan da, heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm. Sən normal adam olsaydın, cənab prezidentin humanistliyi nəticəsində həbsdən çıxandan sonra vaxtilə sənə çörək vermiş, səni nazir etmiş Heydər Əliyevin məzarını ziyarət edərdin. Onun məzarı qarşısında diz çöküb üzr istəyərdin, deyərdin məni bağışla. Onda camaat səni başa düşərdi”.
 

 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031