Nə üçün oynayan təzyiq təhlükəlidir? - Həkimdən təzyiqi tənzimləmək üçün 2 sadə məsləhət

Nə üçün oynayan təzyiq təhlükəlidir? - Həkimdən təzyiqi tənzimləmək üçün 2 sadə məsləhət
Soyuq fəsillərdə bir çox insanlarda təzyiq "oynamağa" başlayır - gah düşür, gah da qalxır.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu hal hətta davamlı yüksək təzyiqdən daha təhlükəlidir. Bu xüsusilə aterosklerozdan əziyyət çəkənlərə aiddir. Ateroskleroz damarları zəiflədir, kövrək edir. Belə damarlar təzyiqin tez-tez qalxıb-düşməsinə tab gətirməyib partlaya bilər. Damar beyin və ya ürəkddə partlayarsa, bu insult və ya infarkta səbəb olur.

Beləliklə, təzyiqi stabil saxlamaq həyati vacib məsələdir.

Sfera.az saglamolun.az-a istinadən "oynayan" təzyiqdən əziyyət çəkənlərə rusiyalı kardioloq Viktoriya Savitskayanın məsləhətlərini təqdim edir:

1. Təzyqinizi hər gün səhər və axşam ölçün və göstəriciləri qeyd edin. Göstəricilər çox fərqlənirsə, mütləq kardioloqa müraciət edin.

2. Yüksəlməyə başlayan təzyiqi tez salmaq üçün bu kimi üsul kömək edə bilər. Rahat oturun, dərin nəfəs alın və yavaş-yavaş 7-10 saniyə ərzində (saata baxın) nəfəsinizi buraxın. Bunun 2-3 dəqiqə ərzində edin. Bu üsulla təzyiqi 30 mm.c.st. qədər salmaq olar. Lakin nəzərə almaq lazımdır ki, bu müvəqqəti effekt verir.

3. Apteklərdə satılan yemişan, pişikotu, damotu tinkturalarını (damcılar) və valokardin preparatını (damcılar) qarışdırın. Bu qarışığı qabaqcadan hazırlayın və saxlayın. Təzyiqin qalxmasının ilk simptomlarında qarışıqdan 1 x.q. götürüb 50 ml suda həll edin və bu məhluldan 1 x.q. içib 20-30 dəqiqə dincəlin.

OXŞAR XƏBƏRLƏR

Çarəsi tapıldı: Koronavirusu məhv etdilər – Dünyanı xilas edən üsul

İsveçin və Cənubi Afrika Respublikasının elm adamları koronavirusun ikinci dalğasının qarşısının alınması üçün əhəmiyyətli araşdırma aparıblar. Sfera.az x...

Azərbaycanlı həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia

  "Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik ol...

TƏBİB koronavirusla bağlı məlumat yaydı — SON DƏQİQƏ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 29-na olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

Dünyanın ən FAYDALI MƏHSULLARI

 Limon dünyanın ən faydalı məhsulu elan edilib. Sfera.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində dietologiya sahəsində çalışan mütəxəssislər ən...

Bu xəstəlik uşaqların həyatını riskə ata bilər - XƏBƏRDARLIQ

 Uşaqlarda yaz ishalı isti havalarda tez-tez rast gəlinən sağlamlıq problemləri sırasında yer alır. Sfera.az xəbər verir ki, həkimlər ishalın uşaqlar...

“Bu artıq faciədir, yoluxma sayının 500-ə qalxması xaosdur” – Həkimdən həyacan siqnalı

"Mən martın 27-dən Mərkəzi Neftçilər xəstəxanasında çalışıram. 12 saat iş rejimidir. İşimiz həddindən artıq çox ağırdır. Yəni, bu rejimdə işləmək, bu xəstələrlə...