Narkoloji Mərkəzi yandırana ömürlük həbs verildi

Narkoloji Mərkəzi yandırana ömürlük həbs verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlərə hökm oxunub.
 
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev 3 il 6 ay, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum ediliblər. Şöbə müdiri Afət Məmmədova isə şərti cəza verilib.
***
Saat 11:46
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.
 
ONA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunur.
 
Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib. M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub. Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR

"Azərişıq" əməkdaşının faciəli ölümü ilə bağlı cinayət işi açıldı

Kürdəmir Elektrik Şəbəkəsinin əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb. Sfera.az-un məlumatına görə, fakta görə Kürdəmir rayon Prokurorluğunda Cin...

Şabranda avtomobil qaçırdılar

Şabran rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən...

Bakıda qadının çantasından tapança aşkarlandı

Bakı qadının çantasından pnevmatik tapança aşkarlanıb. Sfera.az xəbər verir ki, bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətin...

Tərtər sakinini əvvəl sərxoş etdilər, sonra öldürdülər

Oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində qətl hadisəsi baş verib. Sfera.az milli.az-a istinadən  xəbər verir ki, Tərtər rayon hüquq-mühaf...

27 yaşlı gənc 3 nəfərlə birləşib bacısının baldızını oğurladı – Azərbaycanda dəhşətli hadisə

  Mingəçevirdə 32 yaşlı qızı oğurlayıblar. Sfera.az unikal.org-a istinadən verdiyi məlumata görə, 13.09.2019-cu il tarixində Əhmədov Akif Şahmar oğl...

Bakıda kişi sevgilisinin ərini bıçaqlayıb

  Bakıda 21 yaşlı oğlan bıçaqlanıb. Sfera.az-ın APA-ya istinadən  məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə al...