No Image
No Image

“Meyxanaçılar yığışıb onu yaman günə qoyacaq…”

“Meyxanaçılar yığışıb onu yaman günə qoyacaq…”

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı şair Kəramət Böyükçöl olub.

"Yeni Sabah” xəbər verir ki, ənənəsinə sadiq qalan şair meyxanaçıları sərt tənqid edib:

"Bizim təfəkkürümüzü, düşüncəmizi, mənəvi dünyamızı qidalandıran nədir? Meyxana. 2 nəfər yekə kişi durub bir-birinə ağzına gələni deyir. Böyük bir kütlə də buna əl çalır. Bizə bu ləzzət edir. Bir dəfə meyxanaçı Oktay Kamil verilişdə mənə dedi ki, "ala, sən get özünü tap, sonra gəlib mənimlə söhbət edərsən. Mən də ona dedim ki, sənin ulduz olduğun cəmiyyətdə mən heç vaxt özümü tapa bilməyəcəm. Bu cəmiyyətin qəhrəmanı sənsən , mən yox".

Məsələ ilə bağlı meyxanaçılar "Yeni Sabah” açıqlama veriblər.

Meyxanaçı Samirə:

"Onun üçün bizim nə isə deməyimiz böyük reklamdır.  O kimdir ki? O özünü şair sayır? Mən heç onu tanımıram, heç tanımaq da istəmirəm. O şair deyil. Onun yazdığı şeirlərdən kiminsə xəbəri var? Heç öz şeirlərinə dönüb, baxıb tənqid edirmi? Xeyir ola, meyxananı tənqid, təhqir edir? 

Əliağa Vahiddən bu yana  meyxana deyilir. Hətta ondan da qabaq. O cür şairi xalq sevib qəbul edibsə, dünənin uşağı kimdir ki, yerindən durub ağzına gələni danışır?  O özünü reklam etmək istəyir, başqa bir şey yoxdur. O bu cür şeylərlə gündəmə gəlmək istəyir, vəssalam. Çünki görür ki, şeirləri ilə "tutuzdura” bilmir, başqa nə etsin?

Meyxanaçılar yığışıb onu yaman günə qoyacaqlar, özündən muğayat olsun”. 

Namiq Məna:

"Bizim söz sənəti şifahi xalq ədəbiyyatının bir qoludur, bizim folklorumuzdur.  Kökü gedib 4 cü əsrə çatır. Bu janrın içərisində aktyor sənəti, nitq mədəniyyəti, səhnə davranışı yer alır. Bu janr dünya xalqlarında bu formada  olmayan janrdır.  Düzdü, dünyada oxşar janrlar var, amma meyxanadan yoxdur.  

Bizim sənət bədahətən söylənilən janrdır.  Bildiyiniz kimi bu janr əruza yaxındır və əruzun bəzi bəhrlərində demək çox çətindir. Bu analoqu olmayan janrdır. Sadəcə olaraq, bizim janrda da bəzən təsadüfi insanlar var ki, onlara demək olmaz fitri istedaddırlar, onlar vərdişkarlıqla bu janrın daçıyıcısına çevrilirlər. Bir az məndən, bir az ondan görüb götürərək. 

Mən bunu da qeyd edim ki, bəzi xoşagəlməz hallarla rastlaşırsan amma bu o demək deyil ki, bu janrın üzərinə kölgə sala bilərsən. Xeyr, bu janra bugünkü gün də gənclərin yetəri qədər axını var,  yetəri qədər ali təhsilli, istedadlı gənclər var. Mən şəxsən, onları dinləyirəm, zövq alıram. Onların ifalarında vətənpərvərlik mövzuları da var, məhəbbət motivləri də var, digər mövzulara da müraciət edirlər. 

Sadəcə olaraq, hərənin özünün subyektiv və obyektiv fikirləri var və nəyisə söyləyəndə də o fikrə aydınlıq vermək lazımdır ki, tamaşaçı  bilsin ki, məsələyə qərəzli mövqeydən yanaşılmır. Kimsə nəsə deyə bilər amma mütləq təhlil etmək lazımdır. Bu janrı kimsə bəyənmirsə yaxud  bəyənirsə onu təhlil etməlidir. 

Mən təklif edərdim ki, bu fikir söylənibsə, efir məkanında, sosial şəbəkələrdə həmin fikir  təhlil olunsun. Bilirsiniz, bir var ki, konkret hansısa bir sənətin üstünə getmək, biri də var, təkliflər irəli sürmək. Tutaq ki, kimsə bu janrı bəyənmirsə, biz ona bu janrı zorla bəyəndirə də bilmərik axı. Bəyənmirsə, təklif versin ki, buna bu formada cəmiyyətə, ictimaiyyətə çatdırsaq  daha lüzumlu olar. Bax, onu mən alqışlayaram. Yoxsa, sırf bu janrın üzərinə getmək düzgün deyil. 

Bildiyiniz kimi, müharibə dövründə  Əliağa Vahidin  bədiyyələrindən əsgərlərin qarşısında çıxışlar olub. Bunlar çox gözəl istifadə olunub. Bu haqda Əzizə Cəfərzadənin, Manaf Süleymanovun böyük əsərləri var, sadəcə, oxuyub tanış olmaq lazımdır ki, bilsinlər. 

Bu janrın üzərinə bu qədər getmək düşünürəm ki, lazımsızdır. Mən yetəri qədər  nümunəvi ifalar göstərə bilərəm ki, insan dinləyəndə ruhu dincəlir.  Bu gün bəzi ifaçıların istər, estrada janrında olsun, istər digər janrlarda,  hətta bəzi muğam ifaçılarımız var ki, bizim janrın daşıyıcılarının qəzəllərindən istifadə edirlər. 

Buna misal olaraq, Məşədi Babanın qəzəlini misal çəkə bilərəm: "Sənə çox can dedim, ey can, can olub neyləmisən?”  Bu misraları muğam ustalarımız da oxuyurlar, eyni zamanda gənc müğənni Əhməd də bu qəzəldən istifadə etmişdi. Bilirsiniz, bunlardan danışmaq lazımdır, inkişafa doğru aparmaqda hərə öz fikrini söyləməlidir. Vacib məsələ odur ki,  janrı ictimaiyyətə hansı formada çatdırırsan. 

Təbii ki, mən bu fikirlə razıyam, bizim janrın hər  daşıyısı efir məkanına buraxılmamalıdır. Elə ifaçılar var ki,  o el şənliyində yaxud mağar toylarında daha yaxşı iştirak edir və ya bir çay evində. Eləsi var ki, onun davranışı yerində deyil, onun bir qeyri etik  davranışı, ifadəsi bütöv janrın üzərinə bəzən kölgə sala bilir. Ona görə bu məsələyə çox həssas yanaşmaq lazımdır. 

Efirə dəvət olunan bu janrın daşıyıcıları əvvəlcədən düşünülməlidir. Mən bunu təklif edərdim. Ümumilikdə,  bu janr çox gözəl, qəlbə toxunan, həssas və analoqu olmayan  janrdır”. 


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Namiq Qaraçuxurlu 8 Martda konsert verəcək?

"8 Mart münasibətilə bir çox restoranlarda konsertlər təşkil olunur. Bəzilərində mənim adım hallanır”. Sfera.az xəbər verir ki, bunu meyxanaçı Namiq Qaraç...

“Kurtlar Vadisi” ekranlara qayıdır

Türkiyənin bir zamanlar damğasını vuran "Kurtlar Vadisi” serialı "Kurtlar Vadisi Xaos” adı ilə ekranlara dönməyə hazırlaşır. "Haber Global” məlumat verir ...

Məşhur reper dünyanın ən uzun ayaqqabısını yaratdı - FOTOLAR

Estoniyalı reper Tommi Kaş maraqlı addım atıb. Sfera.az xəbər verir ki, ifaçı dünyanın ən uzun idman ayaqqabısını yaratmaq üçün məşhur geyim markası ilə i...

"Youtube" Azərbaycan mahnısını oğurlayan erməni müğənninin klipini sildi - VİDEO

Oğurlanan Azərbaycan mahnısı ilə bağlı daha bir problem həll edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni-bəstəkar Murad Arif qeyd edib.  ...

Murad Boz-Aslı Ənvər eşqi yenidən alovlandı? - Müzakirələrə səbəb olan FOTO

Bir zamanların məşhur cütlüyü Murad Boz və Aslı Ənvərin barışdığı iddia olunur. Sfera.az xəbər verir ki, buna səbəb kimi keçmiş sevgililərin "Instagram" h...

Şəbnəm Tovuzlunun oğlu ilk dəfə efirdə - VİDEO

Sfera.az xəbər verir ki, ARB TV-nin "Həmin Zaur” verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub. Verilişin aparıcısı Zaur Kamal ifaçının oğlu Əlin...