Maraqlı

Məşhurlar “Qaloş piri” haqqında nə düşünür? – VİDEOSORĞU

Məşhurlar “Qaloş piri” haqqında nə düşünür? – VİDEOSORĞU
 

Sosial şəbəkələrdə Goranboy rayonu Qurbanzadə kəndində çəkilən görüntülər rezonans doğurub.

Belə ki, videoda yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Mir İbiş ağanın evinə yığışıb. Insanlar onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları onun evinə qoyurlar.

Sözügedən görüntülər birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər oranı ziyarət edən insanları cahil adlandırsa da, bir kəsim isə onları saf, köməyə ehtiyacı olan insanlar kimi qəbul etdiyini və onların tənqid edilməsinin yersiz olduğunu bildiriblər.

Bəs, mübahisəli məsələ haqqında şou əhli nə düşünür?

Sənət adamları arasında sorğu keçirilib. Sorğuda əməkdar artist Lalə Məmmədova, müğənnilər Nadir Qafarzadə, Nura Suri, aktyorlar Elcan Rəsulov, İslam Mehrəliyev, reper "Qurd” iştirak edib.


Musavat.com

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930