Dünya

Lukaşenko 6 min məhkumu əfv etdi

Lukaşenko 6 min məhkumu əfv etdi
 

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun faşist Almaniyasının işğalından azad olunmasının 75 illik yubileyi ilə əlaqədar olaraq təxminən 6 min məhkumun əfv olunması barədə fərman imzalayıb. Bu barədə TASS xəbər verir.

Sənədə əsasən, amnistiya ağır və xüsusilə ağır cinayətlər törətməyən şəxslərə şamil edilir. Əfv fərmanı yetkinlik yaşına çatmamış uşaqlara, hamilə qadınlara, qadınlara, himayəsində 18 yaşa qədər uşaq olan kişilərə, pensiya yaşına çatmış şəxslərə, I və II qrup əlilliyi, onkoloji xəstəlikləri olan şəxslərə, müharibə veteranlarına, xidmət dövründə yaralanmış, Çernobıl qəzasından zərər çəkən şəxslərə tətbiq olunacaq.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031