Cəmİyyət

“Kontak Home”dan daha bir fırıldaq — FOTOLAR

“Kontak Home”dan daha bir fırıldaq — FOTOLAR

"Kontakt Home” mağazalar şəbəkəsi məhsullarını satmaq üçün daha bir fırıldaq kampaniya başladıb.

Sözügedən şirkət satdığı məhsulu (bəyaz əşya) 3 iş günü ərzində mənzildə quraşdırma sözü versə də hələ də müştərilərinə xidmət göstərməyi boynundan atır.

Belə ki, saytımıza daxil olan şikayətə əsasən 03.06.2019 -cu il tarixində alınan qabyuyanı şirkət 3 iş günü ərzində quraşdırmağı söz versə də artıq 11 gündür bu sözünə əməl etmir. Məsələ ilə bağlı sözügedən şirkətin marketinq şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da şirkətin belə bir şöbəsinin olmadığı və jurnalistlərlin sorğularını cavablayacaq bir vəzifəli şəxsin olmadığı bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı iqtisadiyyat nazirliyinə müraciət olunub.

//Kommersant.az

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031