Cəmİyyət

“Jurnalistlərə qıcıq oluram” - Ənvər Seyidov

“Jurnalistlərə qıcıq oluram” - Ənvər Seyidov
Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış, həm də bir sıra qalmaqallı proseslərdə adı keçən hakimi Ənvər Seyidov 70 yaşı tamam olduğu üçün təqaüdə göndərilib.

1972-ci ildən Ədliyyə Nazirliyi sistemində çalışan Ə.Seyidov Modern.az-a açıqlamasında geniş danışmaq istəmədiyini bildirib:

"Kifayət qədər işləmişəm, indi dincəlmək vaxtıdır. Hazırda bağda dincəlirəm”.

Tanınmış hakim 70 illiyilə bağlı filmə çəkildiyini vurğulayaraq, yazılı mətbuata açıqlama verməkdə maraqlı olmadığını dilə gətirib: "Mən jurnalistlərə, açıqlamalara qıcıq oluram. Artıq açıqlamanın, bağlamanın vaxtı keçib. Xahiş edirəm bundan sonra məni narahat etməyin. Barəmdə nəsə yazılmasını istəmirəm. Şərt deyil ki, qəzetdə də mənim barəmdə yazı çıxsın, televiziyada 70 illiyimlə bağlı film çəkilir. Bu, mənim bəsimdir”.

Ənvər Seyidov hakimliklə yanaşı, həm də bədii yaradıcılıqla məşğuldur. Belə ki, o, bir sıra romanların müəllifidir. Ə.Seyidov "Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, "Azərbaycan Jurnalistlər Birliyi”nin, "Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür. Ə.Seyidov həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür. Hərbi rütbəsi polkovnik, birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru, professordur.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031