Jurnalistin övladını it dişlədi

Jurnalistin övladını it dişlədi

Bakıda daha bir uşağa it hücum edib.

Publika.az xəbər verir ki, hadisə Səbail rayonu, Lermontov küçəsində yerləşən "Şəlalə” parkında baş verib.

İtin hücumuna məruz qalan uşaq Publika.az-ın əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır. Jurnalist bildirib ki, övladına hücum edən itin "ağızlığı” olmayıb:

"Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz. Fotodan da göründüyü kimi itin "ağızlığı” yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.

"Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik”, - deyə o bildirib.

 



OXŞAR XƏBƏRLƏR

Qubanın icra başçısının müavini və şöbə müdiri koronavirusa yoluxdu

 Quba Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasova və ümumi şöbənin müdiri Neman Hüseynov koronavirusa yoluxub. ...

SON DƏQİQƏ! Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

 Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronavirusa yoluxan həkimi, 1955-ci il təvəllüdlü İbadət Ağayev vəfat edib. Sfe...

Azərbaycanda sabiq nazirin anası koronavirusdan vəfat etdi

 Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib. Sfera.az xəbər verir ki...

SON DƏQİQƏ! Hafiz Paşayevin həyat yoldaşı vəfat etdi

 Azərbaycan Resbublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı Rəna Paşayeva dünyasını dəyişib. ...

Azərbaycanın xalq artisti koronavirusa yoluxdu - FOTO

 Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub. Sfera.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bil...

Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı

  Qobustan rayonunun Poladlı kəndində yağan güclü yağışdan sonra dağlardan gələn sel suları sakinlərə böyük ziyan vurub. Sfera.az APA-ya istinadla x...