Hadİsə

İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü - FOTO

İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü - FOTO

Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.

Sfera.az-ın Oxu.az-a istinadən məlumatına görə, sərnişinlər Gürcüstan sərhədində endikdən sonra avtobus iritonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.

Gürcüstan polisi faktı araşdırır.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031