No Image
No Image

İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var

İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var
Qəzza sektorundan İsrail istiqamətinə 45-dən çox raket atılıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi bildirib.

O qeyd edib ki, İsrail tərəfi hadisəni ciddi hücum kimi qiymətləndirir və bunu cavabsız qoymayacaq.

İsrail ordusunun məlumatına əsasən, raketlərdən biri Sderot şəhərində mülki avtomobilə dəyib. Hadisə nəticəsində bir vətəndaş xəsarət alıb.

Digər bir raket isə "Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Fələstinin "Saut Al-Aqsa” radiostansiyasının məlumatına görə, artıq HƏMAS təşkilatı raket atəşinə görə məsuliyyəti öz üzərinə götürüb. "Palestina” peyk telekanalı isə bildirib ki, "İslam cihadı” qruplaşması İsrail istiqamətində atılan 30 raketə görə məsuliyyətin onlara aid olması barədə bəyanat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Übeyda bildirib ki, İsrail yerli vaxtla saat 18:00-dək hərbçilərini Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən geri çəkməlidir.  

Son məlumatlara görə, artıq İsrail ordusu HƏMAS-ın mövqelərinə cavab zərbələri endirib. 

"Alquds” qəzetinin məlumatına görə, İsrailin Qəzza sektoruna zərbələri nəticəsində üçü uşaq olmaqla, ən az doqquz nəfər ölüb, daha üç nəfər isə yaralanıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Baydenlə görüş barədə ilk AÇIQLAMA

Qlobal sabitliyin qorunmasında həm NATO-nun həlledici rolu, həm də üzərinə düşən məsuliyyəti artıb. Bu dövr məsuliyyətdən qaçış deyil, məsuliyyəti üzərinə götür...

Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

"Ermənistanda daxili siyasi vəziyyət partlayış təhlükəsi həddindədir. Vəziyyət, demək olar ki, vətəndaş müharibəsi təhlükəsi yaradır". Sfera.az xəbər veri...

Korotçenko: İrəvana təxribatlar lazımdır

Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsini istəmir, ona təxribatlar lazımdır. Sfera.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, "Natsio...

Koronavirusu kim yayıb? - Bayden kəşfiyyata virusun mənbəyini tapmaq göstərişi verdi

ABŞ prezidenti Co Bayden ölkənin kəşfiyyat xidmətlərinə koronavirus pandemiyasının mənbəyini araşdırmaq üçün səyləri artırmağı və 90 gün ərzində yekun hesabat ...

İçində müxalif jurnalist olan təyyarəni Minskə enməyə məcbur etdilər - Beynəlxalq qalmaqal

Müxalifətçi jurnalisti tutmaq üçün Yunanıstandan Litvaya gedən "Ryanair sərnişin” təyyarəsi Belarus hökuməti tərəfindən zorla Minskə endirilib. Sfera.a...

Putin Paşinyanla da telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanla da telefon danışığı olub. Sfera.az xəbər verir ki, bu barədə Ermənis...