Cəmİyyət

İş axtaranların nəzərinə: FHN işə qəbul elan edir

İş axtaranların nəzərinə: FHN işə qəbul elan edir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti "BC” kateqoriyalı sürücülük vəsiqəsi olan Bakı sakinlərinin paytaxt ərazisində yerləşən yanğından mühafizə bölmələrində sürücü vəzifəsində işləməsi üçün xidmətə qəbul elan edir.

FHN-dən Sfera.az-a verilən məlumata görə, uyğun bacarığı olan, müddətli həqiqi hərbi xidmət keçmiş, bu il avqustun 1-dək 30 yaşı tamam olmayan, tam orta və yaxud orta ixtisas təhsilli, boyu 170 santimetr və yuxarı şəxslər iyulun 12-13-də Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi-40 ünvanında yerləşən Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət edə bilərlər. 

Əlavə məlumat üçün (012) 512-24-46 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür. 

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031