Maqazİn

İki məşhur arasında QALMAQAL: "Kişisinə zəng elədim"

İki məşhur  arasında QALMAQAL:
Birinci həyat yoldaşı ilə boşanmaq ərəfəsində olan prodüser Anar Mədətovla müğənni İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimova arasında qalmaqal yaşanıb.
 
"Hər şey daxil” verilişində qonaq olan prodüser bildirib ki, N.İbrahimova sosial şəbəkədə onun barəsində xoş olmayan sözlər yazır: "Nigar İbrahimova, hamı məni tərifləyir, siz oturub mənə tənqid yazırsız. Nəyə görə? Anar Mədətovun məşhur elədiyi müğənninin bacısı yazır ki, Anar elə, Anar belə. Sənin öz problemlərin var. Sən öz toylarını yadına sal. Axırda gördüm ki, başa sala bilmirəm, kişisinə yığdım. Dedim ki, sən bir yoldaşınla məşğul ol. Onun yoldaşı Ruslan yaxşı oğlandı. Oturub mənim barəmdə yazır. Aparıcılara da zəng edib deyir ki, onu biabır eləyin. Nə üçün? Anar sizə pislik edib?”
 
A.Mədətov boşanmasından və 2-ci xanımı ilə münasibətindən də danışıb: "Mən mülk davası eləmirəm. Bütün hər şeyimi övladlarıma qoymuşam. Onlar mənim uşaqlarımdır. O ki qaldı mənim 2-ci evliliyimə, sevmişəm, evlənmişəm, özümü də çox xoşbəxt sayıram. Ailə qurduğum xanımı çoxdan tanıyıram. Çünki biz öncə dost olmuşuq. Quranda da yazılıb ki, nə olursa, yaxşılığa doğru olur. Hər şey Allahdandır”.
Qeyd edək ki, Anar Mədətov 1-ci xanımı Elnurə Mədətovadan tam boşanmamış Samirə adlı xanımla evlənməyə qərar verib. Artıq cütlüyün xınayaxdısı olub. Bu hala A.Mədətovun oğlu, Azərbaycan milli komandasının və "Qarabağ” klubunun üzvü Mahir Mədətov üzülüb. O, atasının soyadından imtina edərək, soyadını "Əmrəli” edib.Lent

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930