Maraqlı

“Huawei” şirkətinə qarşı sanksiyalara “Facebook” da qoşulub

“Huawei” şirkətinə qarşı sanksiyalara “Facebook” da qoşulub
 

ABŞ-ın texnologiya nəhəngi "Google” şirkətinin ardınca "Facebook” kompaniyası da yeni "Huawei” smartfonlarına "Facebook”, "WhatsApp” və "Instagram” proqramlarının yüklənməyəcəyini bildirib.

 

NTV telekanalı xəbər verir ki, qərar "Huawei” smartfonları ilə bu proqramlardan istifadə edənlərə aid deyil. Kompaniyadan verilən açıqlamaya görə, hazırda bu proqramlardan istifadə edənlər onları yeniləyə biləcəklər.

 

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən "Huawei” kompaniyasını qara siyahıya salıb.

 

"Google” da öz növbəsində "Huawei” kompaniyasına texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra "Android” proqram təminatından və "Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

 

Mayın 20-də ABŞ-ın Ticarət Nazirliyi kompaniyaya Birləşmiş Ştatlarda istifadə olunan mobil qurğular üçün proqram təminatını yeniləmə və şəbəkələrin xidmətini təmin etmə hüququnu 90 gün müddətinə bərpa edən müvəqqəti lisenziya verib.

 

"Financial Times” yazır ki, ABŞ administrasiyasının sanksiyaları Çin şirkətinə qısamüddətli perspektivdə zərər vura bilər. Sahə ekspertlərinin fikrincə, bu, kompaniyanı, həmçinin digər Çin firmalarını problemin müstəqil şəkildə həllinin axtarışlarına və öz məxsusi texnologiyalarının işlənib hazırlanmasına vadar edəcək.

 

2018-ci ildə "Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları ötüb. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031