İqtİsadİyyat

Gömrükdən büdcəyə 1,7 milyard pul daxil olub

Gömrükdən büdcəyə 1,7 milyard pul daxil olub
Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 733 milyon 497 min manat həcmində vergi və rüsum daxil olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu göstərici 2018-ci ilin ilk 5 ayı ilə müqayisədə 30,8% və ya 407,9 milyon manat çoxdur.
Bu ilin ilk 5 ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 18,3% və ya 62,5 milyon manat artaraq 403,9 milyon manat olub.
2018-ci ilin ilk 5 ayı ilə müqayisədə bu ilin eyni dövründə ƏDV üzrə daxilolmalar 31%  və ya 284,6 milyon manat artaraq 1 milyard 196,5 milyon manat, aksizlər 2,3 dəfə və ya 57,3 milyon manat artaraq 116,2 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 18% və ya 2,5 milyon manat artaraq 16,8 milyon manat təşkil edib.
May ayında büdcəyə 89 milyon 138,3 min manat məbləğində gömrük rüsumu,  228,7 milyon manat məbləğində ƏDV, 20,1 milyon manat məbləğində aksiz vergisi, 3,6 milyon manat məbləğində yol vergisi üzrə vəsaitlər daxil olub.
 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30