Gömrük Komitəsinin daha bir əməkdaşı rüşvətə görə işdən qovuldu

Gömrük Komitəsinin daha bir əməkdaşı rüşvətə görə işdən qovuldu

Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində daha bir gömrük əməkdaşı qanunsuz əməli ifşa edilib.

DGK-dan verilən məlumata görə, Komitənin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniya Federativ Respublikasından daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.

O da məlum olub ki, Namiq Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb.

Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Namiq Əsədovun əməli ifşa edilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədov tutduğu vəzifədən azad edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

 

OXŞAR XƏBƏRLƏR

Polad Həşimov küçəsi ilə bağlı açıqlama: “Bu, səhv məlumatdır...”

  "Qəbələdə şəhid general-mayor Polad Həşimovun ikinci ən böyük küçəsinə adının verilməsi bir sıra KİV-lərdə yanlış işıqlandırılıb”.   Sfera.az&nbs...

İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı

  Prezident İlham Əliyev tanınmış ictimai xadim, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov vəfatı ilə bağlı nekroloq imzalayıb.&nb...

Fəttah Heydərov dəfn edildi - FOTOLAR

  Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub. Sfera...

Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq

  Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun hara...

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib

  Azərbycan Respublikasının Prezidenti İlham Əliyev Qurban Bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib. Sfera.az-ın məlumatına görə, paylaşımda de...

Azərbaycanda bayram namazı qılınıb

  Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb... Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.   Sfera.a...