Expressbank müştərilərinə 400.000 AZN cashback qaytarıb

Expressbank müştərilərinə 400.000 AZN cashback qaytarıb

 

"Xərclərinizi gəlirə çevirin” şüarı ilə istifadəçilərin rəğbət və sevgisini qazanan Expressclub yarandığı gündən bu günədək müştərilərinə 400.000 AZN vəsait qazandırıb.

 

Expressbank-ın kartlarına sahib olaraq Expressclub- un üzvünə çevrilən hər kəs ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 30% - dək hissəsini karta geri alırlar. Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar. Hətta müştərilər bu imkandan Expressclub tərəfdaşı olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində faydalana bilir.

Bank 1000-ə yaxın satış və xidmət məntəqələrində keçirilən kampaniya və aksiyalar haqqında, həmçinin endirim barədə ilk olaraq xəbər tutmaları üçün müştərilərə Expressclub mobil əlavəsini də təqdim edir. (yükləmək üçün link: https://www.expressbank.az/expressclub-app ) Həmçinin əlavə vasitəsi ilə müştərilər maksimum 90 gün ərzində nə qədər cashback qazandıqlarını da görə bilərlər. Qeyd edək ki, əlavəni yükləyən hər kəs kampaniya və endirim xəbərlərindən faydalana bilərlər. Bankın Expressclub üzvü olan hər kəsə təqdim etdiyi bütün imkanlardan faydalanmaq üçün isə sadəcə Expressbank-ın istənilən plastik kart sahibi olması kifayətdir. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya https://www.exb.az/ vasitəsi ilə online sifariş etmək kifayətdir.

Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

 

 

OXŞAR XƏBƏRLƏR

Xəzər Siyasət Mərkəzi COVID-19-un iqtisadi nəticələrinə dair virtual görüş təşkil edib - VİDEO

Bu gün Xəzər Siyasət Mərkəzi (XSM) Xəzər regionunda mövcud COVID-19 pandemiyasını və onun regional hökumətlərin iqtisadi siyasətlərinə ola biləcək potensial təs...

İyulun 2-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 02.07.2020-ci il ta...

Azərbaycanda qızıl və gümüş bahalaşıb

  Azərbaycanda qızıl və gümüş bahalaşıb. Sfera.az xəbər verir ki, iyulun 1-də qızılın qiyməti iyunun 30-u ilə müqayisədə 20,91 manat (0,69 faiz) artaraq ...

"Neft və qazın ucuzlaşdığı bir ildə SOCAR-ın mənfəətə çıxması pozitiv nəticədir"

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları əsasən şirkətin ümumi dövriyyəsi (gəlirləri) 83,8 mily...

Azərbaycan nefti bahalaşıb

  CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da 43,02 dollar/barel təşkil edib ki, bu da əvvəlk...

Kapital Bank sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir

  Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir.  Sfera.az-a bankdan verilən ...