Maraqlı

"Çernobıl" serialı "Taxt Oyunları"nı ötüb keçdi

Serial ən yüksək tamaşaçı qiyməti qazanıb

Bilge.az xəbər verir ki, amerikalıların çəkdiyi "Çernobıl" serialı tamaşaçılar tərəfindən ən yüksək qiymətləndirməyə görə, bütün dövrlərin şou reytinqləri arasında ilk pillədə qərarlaşıb. Bu, "International Movie Data Base" saytının məlumatlarında yer alıb.

9,6 bal alan layihə "Yer Planeti 2" (9,5) və "Silah qardaşlığı" (9,4) kimi serialları ötüb keçib. 9,4 bal serialların siyahısında həmçinin "Yer Planeti", "Breaking Bad" və "Taxt Oyunları" kimi seriallar var.

"Çernobıl" serialının ilk epizodu 6 mayda çıxıb. 5 seriyadan ibarət olan layihə 26 aprel 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan bəhs edir.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031