Cəmİyyət

Ermənistanı yerlə-yeksan edəcək müasir QIRICILAR Azərbaycana VERİLİR - VİDEO

Ermənistanı yerlə-yeksan edəcək müasir QIRICILAR Azərbaycana VERİLİR - VİDEO
Ermənistanın Rusiyadan Su-30SM döyüş təyyarələrinin almağa hazırlaşması ilə bağlı müqavilənin detalları ortaya çıxıb.

Rusiyanın "Kommersant” nəşri Su-30SM-lərin Ermənistana verilməsi ilə bağlı müqavilənin Serj Sarkisyan hakimiyyəti dövründə bağlandığını yazıb.

"Müqavilə 2012-ci ildə imzalanıb. Müqaviləyə əsasən Su-30SM-lər 2024-cü ilə qədər Ermənistanın hərbi hava qüvvələrinə veriləcəkdi. Lakin maliyyə çətinliklərinə görə sifariş təxirə salındı. Rusiya müqaviləni Ermənistanın yeni hakimiyyəti ilə davam etdirmək niyyətindədir”, - deyə nəşr yazıb.

"Regnum” agentliyi yazıb ki, təyyarələr yaxın 1-2 il ərzində Ermənistana veriləcək.

Lakin "Rosoboreneksport”dan "Kommersant”a bildiriblər ki, təyyarələrin Ermənistana nə vaxt veriləcəyi hələlik məlum deyil.


SU-30SM
 
Rusiya aviasiya sənayesinin bir neçə top-meneceri nəşrə bildirib ki, Ermənistan Su-30SM-lərə 2010-cu ildə maraq göstərməyə başlayıb.

2012-ci ildə imzalanan müqaviləyə əsasən, Ermənistana 12 Su-30SM təyyarəsi veriləcəkdi. Maliyyə çətinliyinə görə sifarişin çatdırılması saxlanılsa da, İrəvan-Moskva arasında təyyarələrlə bağlı mütəmadi danışıqlar gedirdi.

Nəşrin məlumatına görə, Ermənistanda hakimiyyət dəyişməsindən bir neçə ay öncə İrəvan təyyarələrlə bağlı yenidən Moskvaya müraciət edib. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ruslara bildirib ki, təyyarələrin alınması 2024-cü ilə qədər təxirə salınır. Ermənistanın yeni hakimiyyəti köhnə müqaviləyə əsasən təyyarələri almaq niyyətindədir. Rusiya isə müqavilənin mümkün qədər tez – 2022-ci ilə qədər başa çatdırılmasını istəyir.

Baş nazir Nikol Paşinyanın Su-30SM təyyarəsinin kabinəsində foto çəkdirməsi də bunu deməyə əsas verir.

Strategiya və texnologiyaların analizi mərkəzinin eksperti Konstantin Makienko hesab edir ki, Rusiyanın Ermənistana müasir döyüş aviasiya komplekslərinin verməsi Azərbaycanı Qərbdən döyüş təyyarələri almağa sövq edə bilər.

"Belə presedentlər artıq var. Misal üçün, İrəvana "İskəndər” veriləndən sonra Azərbaycan Belarusdan "Polonez” raket sistemlərini aldı. Buna görə də Ermənistana Su-30SM verilirsə, Azərbaycana da Su-35 təyyarələri təklif edilməlidir”, - deyə rusiyalı ekspert təklif edib.

Bu təklif Ermənistanda narahatlıq yaradıb. İrəvanda hesab edirlər ki, Rusiya Azərbaycanı onlardan üstün tutur.

Erməni şərhçi Naira Ayrumyan "Rusiya Ermənistana köhnə Su-30, Azərbaycana isə müasir Su-35 verir” deyə yazıb. (Publika.az)


XƏBƏR LENTİ