Dünya

Ermənistan zülmətə qərq oldu, bütün ölkə işıqsız qaldı

Ermənistan zülmətə qərq oldu, bütün ölkə işıqsız qaldı

 


Ermənistan baş nazirinin müavini Tiqran Avinyan özünün Facebook səhifəsində bütün ölkə boyu elektrik enerjisinin kəsilə biləcəyi haqda xəbərdarlıq edib. Avinyan təsdiq edib ki, Yerevan İstilik Elektrik Stansiyasında və Razdan İES-in enerji blokunda qəza baş verib.

 

"Hazırkı məqamda bizim energetika sistemində qəza baş verib. "Yerevan” İES bütünlüklə və "Razdan” İES-in beşinci bloku dayanıb. Bütün respublika üzrə elektrik enerjisinin kəsilməsi mümkündür. Problemi saat 19.00-a qədər aradan qaldırmaq üçün işlər aparılır”,-o bildirib.

 

 

 

"Sputnik Ermənistan” əlavə edir ki, tunellərdə qalmış metro vaqonlarından sərnişinlər təxliyə edilib.

 

* **14:00

 

Ermənistanın bəzi vilayətlərində, o cümlədən Yerevanda elektrik təchizatında problemlər yaranıb.

 

Virtualaz.org "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Yerevan metrosunun işi dayanıb.

 

Qeyd olunur ki, telefon şəbəkəsi və internet fasilələrlə işləyir. Ölkə ərazisində elektrik enerjisinin ötürülməsi və paylanması funksiyalarını yerinə yetirən "Ermənistan elektrik şəbəkələri” QSC hələlik baş vermiş hadisəni şərh etməyib.


XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031