Ermənistan müdafiə naziri Azərbaycan əsgərinin vurulmasına şəxsən əmr verdiyini açıqladı

Ermənistan müdafiə naziri Azərbaycan əsgərinin vurulmasına şəxsən əmr verdiyini açıqladı
 

Xəbər verildiyi kimi ötən gün təmas xəttinin Tərtər istiqamətində düşmən ordusu tərəfindən Azərbaycanın daha bir əsgəri vurulub. 2000-ci ildə anadan olan çağırışçı əsgər, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasını pozması nəticəsində şəhid olub. Bundan əvvəl isə təmas xəttinin Ağdam istiqamətində düşmən snayperi Azərbaycan ordusunun mayor rütbəli tabor komandiri Aqil Omarovu vurmuşdu.

 

Mayorun vurulmasından sonra düşmən tərəf açıqladı ki, iyunun 1-də təmas xəttinin Xocavənd istiqamətində əsgər Sipan Melkonyan Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulub. Və Ermənistan Müdafiə Nazirliyi bu hadisəyə görə "qisas alınacağını” açıqlamışdı.

 

 

 

İndi Ermənistanın müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə David Tonoyan "Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata əsasən hərbçilər onlara verilmiş tapşırığı "yüksək səviyyədə” yerinə yetiriblər.

 

Bu məlumat təmas xətti boyu son günlər düşmən qüvvələrinin bir-birinin ardınca həyata keçirdiyi təcavüzkar əməllərin məhz Ermənistan rəhbərliyinin şəxsi göstərişləri ilə baş verdiyini birbaşa təsdiq edir. Belə ki, müdafiə naziri Tonoyan Azərbaycan əsgərinin vurulması, yaxud "cəza tədbirlərinin görülməsi” üçün şəxsən tapşırıq verib və indi bu tapşırığı yerinə yetirənləri mükafatlandırıb.

 

 

 

Hansı ki, baş nazir Nikol Paşinyan ötən həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edərkən təmas xəttindəki təcavüzkar əməllər, Azərbaycan ordusunun zabitinin vurulması barədə xatırladaraq ondan Düşənbə razılaşmalarının pozulması barədə soruşan azərbaycanlı jurnalistə cavabında bu əməlləri inkar etməyə çalışmışdı. Paşinyan demişdi ki, guya zabitin vurulması faktı ilə bağlı təmas xəttinin həmin istiqamətində dayanan erməni əsgərlərinin hamısının silahları yoxlanılıb, videomüşahidə kameralarının görüntüləri izlənilib və "atəşin erməni əsgərləri tərəfindən açılmadığı” təsdiqlənib. Və həmin dəlillər Azərbaycan tərəfinə də verilib.

 

Əlbətdə, Ermənistan baş nazirinin bu dedikləri absurd idi və söhbət xüsusi təyinatlı snayper tərəfindən həyata keçirilmiş təcavüz aktından getdiyi üçün "silahların yoxlanılması” barədə deyilənlər məsuliyyətdən yayınmağa hesablanmışdı.

 

İndi isə budur, Paşinyanın müdafiə naziri Azərbaycan əsgərinin vurulması üçün əmri şəxsən verdiyini təsdiqləyir, üstəlik həmin əmri icra edənləri mükafatlandırır. Bu da düşmənin həyasızlığının dozasının getdikcə artması deməkdir. Belə vəziyyətdə Azərbaycan təmas xəttində gərginliyin azaldılmasına dair ötən il Paşinyanla Düşənbədə əldə edilmiş şifahi razılaşmaya daha nə qədər sadiq qala bilər? Düşmənə qarşı müdafiə naziri Zakir Həsənovun bu yaxınlarda qoşunlara verdiyi göstərişdə deyildiyi kimi, bütün silah və vasitələrdən istifadə etməklə əsl qisas, cəza əməliyyatı həyata keçirməyin vaxtı çatmayıbmı?

OXŞAR XƏBƏRLƏR

Bakıda bir qrup insan Tovuzdakı döyüşə getmək üçün AKSİYA keçirtdi - VİDEO

   İyulun 12-si gecə saatlarında Lökbatanda bir qrup vətəndaş "Qarabağ" aksiyası keçirib.   Bir saatdan çox davam edən yürüşdə vətəndaşlar "Qa...

Düşmənin canlı qüvvəsi belə məhv edildi - VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Müdafiə Nazirliyindən  verilən məluma...

Erməni anaları və əhali etiraz edir

  Xəbər verdiyimiz kimi, cəbhənin Tovuz rayon Ağdam kəndi istiqamətində düşmənin artilleriya silahlarından da istifadə edərək atəşkəs rejimini kobud şəkil...

Məhkəmə XİN-in həbsdə olan vəzifəliləri barədə qərar verdi

  Bakı Apellyasiya Məhkəməsində Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxs...

Lətif Qədirov belə saxlanıldı - ƏMƏLİYYAT VİDEOSU + SON DƏQİQƏ!

  Xəbər verdiyimiz kimi, Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzi...

“Bunun kimə nə dəxli var?” – Deputatlar karantin qaydalarını pozan həmkarına dəstək verdi

"Bir epizoda görə məsələni bu qədər ictimailləşdirməyə ehtiyac yoxdur”. Bu sözləri Sfera.az-a açıqlamasında 91 saylı Ucar Seçki dairəsindən deputat Rami...