Ermənilər təyyarəmizi atəşə tutdu, pilotumuz ustalıq göstərdi - VİDEO

Ermənilər təyyarəmizi atəşə tutdu, pilotumuz ustalıq göstərdi - VİDEO
İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.

Sfera.az Müdafiə Nazirliyinin saytına istinadən, bu zaman Ermənistan silahlı qüvvələri "OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.

Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.
 

OXŞAR XƏBƏRLƏR

Karantini pozan jurnalist həbs edildi - Rəsmi

Aprelin 12-də ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınla...

Xalq artistinin qardaşı fəciəvi şəkildə həlak oldu - Nəşini ölkəyə gətirə bilmirlər

Azərbaycanın Xalq artisti Canəli Əkbərova agır itki üz verib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu...

Vilayət Eyvazov yeni polis rəisi təyin etdi

Salyan polis şöbəsinə rəis təyinatı olub. APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzala...

Bu plakatı qaldıran qız özünü binadan atdı

Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.   Sfera.az-ın  APA-ya istinadla  məlumatına görə, hadisə payt...

Bakıda külək adam öldürdü – TƏFƏRRÜAT

Ötən gün saat 17:00 radələrində Bakının Pirşağa qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Təbii fəlakət nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün Həsənov İs...

"Baron Şəmi" ləqəbli narkobaron və oğlu güllələnərək öldürüldü - YARDIMLIDA ATIŞMA

Yardımlıda ata və oğlu güllələnib. Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı saki...