Dünya

Ərdoğan Tacikistana yollandı

Ərdoğan Tacikistana yollandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib. Bu barədə "Resmi gazete” nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Tacikistana səfəri ilə əlaqədardır.

Bildirilir ki, R.T.Ərdoğan Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak etmək üçün Tacikistana səfər edir.

Qeyd edək ki, Asiya Əməkdaşlıq və Münasibətlər Konfransı (CICA) 14-15 iyun tarixlərində Düşənbə şəhərində keçiriləcək.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031