Cəmİyyət

Elmira Süleymanova: “Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb”

Elmira Süleymanova: “Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb”
"Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə yoxsulluğun dərəcəsi 85 faiz müəyyən edilmişdi. Sonradan həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu rəqəm əhəmiyyətli dərəcədə aşağı düşüb".

Bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında Azərbaycanın Ombudsmanı Elmira Süleymanova deyib. O bildirib ki, Azərbaycanda işsizlik 5 faizə endirilib.

E.Süleymanovanın sözlərinə görə, ölkə daxilində 240 müəssisə var ki, insanlar həmin yerləri öz iradəsi ilə tərk edə bilmir:
 
"Bizim Milli Preventiv Qrup tərəfindən bu müəssisələrdə monitorinqlər aparılır".

Ombudsman sonuncu seçkilərdən sonra bələdiyyələrdə qadınların sayının 35 faizə çatdığını qeyd edib. E.Süleymanova illər öncə bələdiyyələrdə qadınların sayının 4 faiz olduğunu xatırladıb. (APA)

XƏBƏR LENTİ