Dünya

Əli Babacan AKP-dən getdi

Əli Babacan AKP-dən getdi

Türkiyənin keçmiş Xarici İşlər naziri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa etdiyini açıqlayıb.

"Qafqazinfo”nun "milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə o, bəyanatında bildirib:

"Türkiyənin yeni gələcək vizyona ehtiyacı var. Ölkəmiz üçün hər sahədə doğru analizlər, yenidən düşünülmüş strategiyalar, planlar, proqramlar lazımdır.

Türkiyənin bu günü və gələcəyi üçün yeni işlər görmək qaçılmaz hala gəlib. Mən və bir çox dostlarım belə bir iş üçün böyük və tarixi məsuliyyət hiss etməkdəyik. Bu zaman ərzində eyni əxlaqi və ictimai məsuliyyəti hiss edən çox sayda insanla tanış olmaq bizim üçün çox sevindirici olub”.

Partiyanın əsas yaradıcılarından biri olan Babacanın hansı səbəbdən istefa verdiyi məlum deyil. İddiaya görə, 52 yaşlı siyasətçi Türkiyənin sabiq Prezidenti Abdullah Güllə yeni partiya yaratmağı planlaşdırır.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031