Dövlət qurumları arasında ödəniş qalmaqalı

Dövlət qurumları arasında ödəniş qalmaqalı
 

Son günlər paytaxtın bir neçə yerində istilik təchizatı ilə bağlı yaranan problemlərlə əlaqədar "Azəriqaz” İB məlumat yayıb.

Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, "Azəristiliktəchizat” ASC tərəfindən bu ilin 6 ayı ərzində 130 milyon 234 min 456 kubmetr həcmində, 26 milyon 46 min 891,20 manat məbləğində təbii qaz istehlak olunub:

 

"Lakin bu günə qədər heç bir ödəniş olunmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li Qərarı ilə təstiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən "qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər.

 

Buna baxmayaraq "Azəriqaz” İstehsalat Birliyi əhalinin qış aylarında mənzillərin qızdırılmasına və isti suya olan təlabatını nəzərə alaraq "Azəristiliktəchizat” ASC-nin qaz təminatını dayandırmayıb”-deyə məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, "Azəristiliktəchizat” ASC istehlak etdiyi təbii qazın dəyərini bu günədək ödəmədiyini və yay fəslinin olmasını nəzərə alaraq, bəzi ərazilərdəki qazanxanaların qaz təminatı dayandırılıb.

OXŞAR XƏBƏRLƏR

"Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi – FOTOLAR

  Böyük şirkətlərin fəaliyyətini sərt tənqid edəndən sonra, həmin müəsissələrin rəhbərlərinin gözqamaşdıran varidatları ilə bağlı sosial mediada çeşidli i...

Kontakt Home mağazaları yenidən açıldı – BÜTÜN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÖRÜLÜB

  Elektronika və mebel satışı üzrə ölkənin ən böyük satış şəbəkələrindən olan Kontakt Home karantin rejiminin yumşaldılmasından sonra mağazalarının qapı...

Bu gündən ticarət obyektləri açılır – SİYAHI

  COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq N...

Ermənistan atəşkəsi 35 dəfə pozub

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka...

Bu gündən rayonlara gediş-gəliş QAYDALARI DƏYİŞDİ

  Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ər...

“Uşaq pulu, böyük pulu, nənə pulu, baba pulu...” – Mirşahin deputatları topa tutdu

  "İlham Əliyev pandemiyanın uzun müddət davam edəcəyi barədə ilk dəfə danışmır. Və elə buna görə də dövlət öz xəzinəsini, maddi imkanlarını, iqtisadi çək...