İdman

Dünya liderləri İngiltərə-Xorvatiya matçının son dəqiqələrini telefondan izlədilər – VİDEO

Dünya liderləri İngiltərə-Xorvatiya matçının son dəqiqələrini telefondan izlədilər – VİDEO
Brüsseldə keçirilən NATO sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İngiltərə baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Albaniya baş naziri Edi Rama 2018-ci il Dünya Çempionatının İngiltərə-Xorvatiya matçının son dəqiqələrini mobil telefon ekranından bir yerdə izləyiblər.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Albaniya baş naziri Ramanın sosial şəbəkə hesabında paylaşdığı "Son dəqiqə" (Minuta e Fundit) videosunda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da görünür. Matçın son dəqiqlərini izləyən liderlər bir tərəfdən də matça şərh veriblər.

Videoda Mövlud Çavuşoğlu İngiltərə baş naziri Meyə oyunun hakiminin türk Cüneyt Çakır olduğunu xatırladır. Final fitindən sonra finala çıxma şansını itirən İngiltərə baş nazir Meyə təsəlli verən Albaniya baş naziri Rama "Dünya kuboku, Balkana gəlir” şərhiniverib.

Xatırladaq ki, əsas vaxtı 1-1 hesabı ilə başa çatan matçın əlavə edilmiş vaxtında qol vuran Xorvatiya millisi dünya çempionatının finalına çıxıb. 
 
Rəsul
Sfera.az
 
 

AdRiver

XƏBƏR LENTİ