Cəmİyyət

Bu hərbi qulluqçuların PENSİYASI ARTIRILDI

Bu hərbi qulluqçuların PENSİYASI ARTIRILDI
 
Bu gün Milli Məclisin plenar iclasında "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” dəyişiklik müzakirəyə çıxarılıb.
 
ONA-nın məlumatına görə, hazırda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.
 
 
Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təqdim edib. Layihədə təklif olunub ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın.
 
Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031